ABŞ-ın keçmiş prezidenti Donald Tramp Avropada immiqrasiyanın artması ilə bağlı sərt açıqlama verib.
Doğru.az xəbər verir ki, RİA Novosti Trampın “Biz immiqrasiyanı dayandırmalıyıq, əks halda Avropa qalmayacaq” fikirlərini sitat gətirib.
Tramp immiqrasiyanın artıq Şotlandiyadan başladığını və bunun Avropanı “öldürdüyünü” bildirib.
Qeyd edək ki, bu açıqlamadan öncə Yunanıstanda bir rusiyalı şəxs miqrantlara yardım etdiyi üçün 118 il həbs cəzası almışdı.
DOĞRU.AZ