ABŞ prezidenti Donald Tramp rusiyalı həmkarı Vladimir Putinin qaçırılması ehtimalını istisna edib.
Doğru.az xəbər verir ki, Tramp bu barədə jurnalistlərin suallarını cavablandırarkən bildirib ki, Putini ələ keçirmək üçün əməliyyat əmri verməyə ehtiyac olmayacaq.
Jurnalist Trampdan soruşub ki, bəs Putini “nə vaxtsa” ələ keçirmək üçün əməliyyat əmri verə bilərmi. ABŞ prezidenti isə bu ehtimalı rədd edib: “Düşünmürəm ki, buna ehtiyac olacaq”.
Tramp daha əvvəl də ruslara və çinlilərə qarşı olan münasibətini açıq şəkildə etiraf etmişdi.
DOĞRU.AZ




























