ABŞ prezidenti Donald Tramp Somalini dünyanın ən pis və korrupsiyalaşmış ölkəsi hesab etdiyini açıqlayıb.
Doğru.az xəbər verir ki, Tramp Minnesota ştatında fırıldaqçılıqla əlaqəli cinayətlərin 90%-nin Somali əsilli insanlar tərəfindən törədildiyini iddia edib.
Prezident “Truth Social” platformasında yazıb: “Onları gəldikləri yerə, Somaliyə, bəlkə də dünyanın ən pis və ən korrupsiyalaşmış ölkəsinə geri göndərin.”
Qeyd edək ki, Tramp administrasiyası bundan əvvəl 19 qeyri-Avropa ölkəsindən olan insanların bütün immiqrasiya müraciətlərini, o cümlədən yaşıl kart və vətəndaşlıq müraciətlərini dayandırmışdı.
DOĞRU.AZ




























