image-n1karobka_ads
image-123
image-tramp-3-cu-muhbackend

Tramp USAID və ictimai mediaya ayrılan vəsaiti ləğv etdi

image-ad_qayo_720x110px

ABŞ Prezidenti Donald Tramp xarici yardımlar və ictimai media qurumlarına ayrılan büdcə vəsaitinin kəsilməsi ilə bağlı qanunu imzalayıb.

Doğru.az xəbər verir ki, Ağ Evin yaydığı məlumata görə, ümumilikdə 9 milyard dollar dövlət xərcləri federal büdcəyə geri qaytarılacaq.

Qərara əsasən, ABŞ Dövlət Departamentinə USAID vasitəsilə ayrılmış 7,9 milyard dollar və ictimai media orqanları – NPR və PBS-ə yönəldilmiş 1,1 milyard dolların maliyyələşməsi dayandırılıb.

Qeyd edək ki, USAID-in fəaliyyəti çərçivəsində dünyada humanitar və sosial-iqtisadi layihələrə dəstək göstərilirdi.

Bundan əvvəl The National Interest yazmışdı ki, Trampın bu qərarından sonra USAID-in yaratdığı boşluğu Rusiya təşkilatları doldura bilər.

Eyni zamanda, ABŞ dövlət katibi Marko Rubio da bəyan edib ki, USAID iyulun 1-dən etibarən xarici yardım proqramlarını tamamilə dayandıracaq.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki