ABŞ Prezidenti Donald Tramp Vaşinqtonda Zəfər Tağı inşa etmək niyyətində olduğunu açıqlayıb.
Doğru.az xəbər verir ki, Tramp bu barədə Oval Ofisdə sponsorlar və qonaqlar qarşısında çıxışı zamanı danışıb. Onun sözlərinə görə, tağ Arlington körpüsü ilə Arlington Milli Qəbiristanlığının yaxınlığında, Linkoln Memorialının qarşısında yerləşdiriləcək.
Ağ Ev rəhbəri bildirib ki, planlaşdırılan memarlıq abidəsi Parisdəki məşhur Zəfər Tağına bənzəyəcək, lakin ölçü və əzəmət baxımından onu üstələyəcək.
“Paris Tağına oxşayacaq, amma açığı, onu hər cəhətdən üstələyəcək. Bu tağ bütün digər tağlardan üstün olacaq”, – deyə Tramp vurğulayıb.
Prezident əlavə edib ki, Zəfər Tağı Vaşinqtonun tarixi əhəmiyyətini əks etdirən simvola çevriləcək və paytaxtın əsas memarlıq abidələrindən biri olacaq.
DOĞRU.AZ




























