ABŞ prezidenti Donald Tramp Venesuela hökumətini xarici terror təşkilatı elan edib.
Doğru.az xəbər verir ki, Tramp bu barədə Truth Social sosial şəbəkəsində paylaşım edib. O yazıb ki, Venesuela rejiminin bu cür tanınması ABŞ aktivlərinin “oğurlanması”, terrorizm, narkotik qaçaqmalçılığı və insan alveri ilə əlaqəlidir.
Amerika lideri eyni zamanda Karakası “görünməmiş şok”la hədələyib. Tramp Venesuela logistikasına bağlı olan və sanksiyalara məruz qalan neft tankerlərinə qarşı blokada tətbiq edildiyini də elan edib.
ABŞ prezidentinin bu açıqlaması Vaşinqton–Karakas münasibətlərində gərginliyin daha da artacağına işarə kimi dəyərləndirilir.
DOĞRU.AZ




























