ABŞ-ın sabiq prezidenti Donald Tramp Ukrayna lideri Vladimir Zelenskini Moskvaya qarşı təzyiqləri gücləndirməyə çağırıb.
Doğru.az xəbər verir ki, bu barədə Washington Post qəzeti mənbəyə istinadən yazıb. Nəşrin məlumatına görə, Tramp keçən həftə Zelenski ilə söhbəti zamanı ondan “Moskvanı niyə vurmadığını” soruşub. Söhbət zamanı Trampın Rusiyaya təzyiq etmək əzmi özünü açıq şəkildə göstərib.
Bundan əvvəl amerikalı analitik Skott Ritter bildirmişdi ki, Tramp, prezidentliyi dövründə Rusiyanın bütün istəklərini yerinə yetirməməsinə görə müəyyən narazılıq hiss edirdi.
Rusiyanın Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedev isə məsələyə münasibət bildirərək, Amerikanın “teatr ultimatumu”nun Moskva üçün heç bir narahatlıq doğurmadığını qeyd edib.
DOĞRU.AZ