ABŞ Prezidenti Donald Tramp İranda etirazçılar öldürülərsə, Vaşinqtonun Tehrana qarşı ciddi və sərt tədbirlər görəcəyini bəyan edib.
Doğru.az xəbər verir ki, Tramp bunu radio aparıcısı Hyu Hevitlə müsahibəsində deyib.
O bildirib ki, ABŞ hakimiyyəti İrandakı etirazlarla bağlı vəziyyətin inkişafını yaxından izləyir və etirazçılara qarşı zorakılıq halında “çox sərt” zərbələr endirilə bilər.
Tramp Vaşinqtonun bu məsələdə geri çəkilməyəcəyini də vurğulayıb.
Daha əvvəl Fars xəbər agentliyi İranda polis əməkdaşlarına hücum nəticəsində iki nəfərin öldüyünü, 30 nəfərin isə yaralandığını açıqlamışdı.
DOĞRU.AZ




























