image-n1karobka_ads
image-123
image-img-20251208-wa0093backend

Turizm şirkətləri Qarabağ və Şərqi Zəngəzura tanışlıq səfərlərində iştirak edib – FOTO

image-ad_qayo_720x110px

6-7 dekabr tarixlərində Qarabağın turizm potensialını və mövcud infrastruktur imkanlarını tanıtmaq məqsədilə 40 yerli turizm şirkətinin nümayəndələri üçün Xankəndi və Şuşa şəhərlərinə tanışlıq səfəri təşkil olunub.

Doğru.az xəbər verir ki, səfər Azərbaycan Turizm Bürosu (ATB), Xankəndi Hoteller Kompleksi, Azərbaycan Turizm Agentlikləri Assosiasiyası (ATAA), Azərbaycan Dəmir Yolları (ADY) və Şuşa Şəhər Dövlət Qoruğunun birgə təşəbbüsü ilə həyata keçirilib.

Turizm şirkətlərinin nümayəndələri Qarabağ regionuna ADY-nin yeni açılmış Bakı–Ağdam–Bakı sərnişin qatarı ilə yola düşüblər. Səfər çərçivəsində iştirakçılar Xankəndi və Şuşada yerləşən hotellərlə, həmçinin şəhərlərin təbii və mədəni irsi ilə yaxından tanış olublar.

Həmçinin 6-8 dekabr tarixlərində Dövlət Turizm Agentliyinin Qarabağ Regional Turizm İdarəsi tərəfindən turizm şirkətləri və blogerlər üçün Şuşa, Xankəndi, Laçın və Zəngilan istiqamətlərinə infotur təşkil olunub. İştirakçılar bölgədəki mövcud turizm vəziyyəti, bərpa-quruculuq prosesləri və formalaşmaqda olan yeni turizm infrastrukturu ilə tanış olublar.

DOĞRU.AZ

image-img-20251208-wa0093 image-img-20251208-wa0094 image-img-20251208-wa0095 image-img-20251208-wa0096 image-img-20251208-wa0097 image-img-20251208-wa0098 image-img-20251208-wa0099 image-img-20251208-wa0100 image-img-20251208-wa0101 image-img-20251208-wa0102 image-img-20251208-wa0103 image-img-20251208-wa0104 image-img-20251208-wa0105

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki