image-n1karobka_ads
image-123
image-68393c7aae5ac9752877474abackend

Türkiyə 2020-ci ildən Rusiyaya limon ixracını minimuma endirib

Apreldə Türkiyə limonlarının Rusiyaya tədarükü 5,6 min ton təşkil edib – bu, son beş ildə ən aşağı göstəricidir.

Bu barədə Türkiyə statistikasına istinadən xəbər verir.

Bildirilir ki, 2025-ci ilin aprel ayında Türkiyədən Rusiyaya limon ixracı 3,6 milyon dollar dəyərində 5,6 min ton olub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə həcmcə iki dəfə, dəyər baxımından isə üçdə bir azdır.

2025-ci ilin yanvar-aprel aylarında Rusiya şirkətləri Türkiyədən 30,5 milyon dollara 46,6 min ton limon idxal edib. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə fiziki ifadədə 25% azdır.

Ümumilikdə, aprel ayında Türkiyənin limon ixracı 25% azalaraq 194,8 min ton təşkil edib. Təchizatda azalma İraq (-3%), Səudiyyə Ərəbistanı (2,5 dəfə), Rumıniya (-23,5%) və Ukraynaya (-28%) də qeyd olunub.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki