image-2000x150px
image-123
image-ads_atlas
image-depositphotos_313972590_l-2015-pic905-895x505-3615backend

Türkiyə Dövlət Bankı ruslar üçün hesabların açılması şərtlərini açıqlayıb

image-728x90px

Türkiyədə dövlət bankları müəyyən şərtlərə əməl edən ruslar üçün hesab açmağa davam edir.

RİA Novosti bu barədə Ziraat dövlət bankının Ankaradakı nümayəndəsinə istinadən yazır.

“Rusiya vətəndaşları üçün hesablar açılır. Şərtlər yaşayış icazəsi, işləmək hüququ və ya tələbə vizasının olmasıdır”, – deyə mənbə jurnalistlərə izah edib və əlavə edib ki, heç kim dövlət banklarına ruslar üçün hesab açmağa qadağa qoymayıb.

Bundan əvvəl özəl bank Denizbank belə bir qadağanın olmadığını açıqlamışdı. Bildirilib ki, hesab açmaq üçün Rusiya Federasiyası vətəndaşının Türkiyədə yaşamaq icazəsi, həmçinin hesabın qüvvədə olduğu müddətdə geri götürülməsi mümkün olmayan 10 min ABŞ dolları ekvivalentində əmanəti olmalıdır.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki