Türkiyə Mərkəzi Bankı aprel ayında əsas faiz dərəcəsini 350 baza bəndi artıraraq 42,5%-dən 46%-ə qaldırmağa qərar verib.
Bu barədə məlumat pul siyasəti komitəsinin iclasından sonra tənzimləyicinin saytında dərc olunan mesajda yer alıb.
Qeyd olunur ki, əsas faiz dərəcəsinin artırılması ilə bağlı qərar aprelin sonuna kimi baza inflyasiyanın artmasına səbəb olacağı gözlənilən maliyyə bazarlarında baş verən dalğalanmalar fonunda qəbul edilib.
Daha əvvəl bildirilmişdi ki, Avropa Mərkəzi Bankı üç əsas faiz dərəcəsini 25 baza bəndi azaltmağa qərar verib.
DOĞRU.AZ