image-2000x150px
image-123
image-ads_atlas
image-2020-01-27t000000z_2136751089_rc2hoe9gykhm_rtrmadp_3_turkey-dailylife-pic_32ratio_900x600-900x600-58157backend

Türkiyə taxıl müqaviləsini uzatmağı gözləyir

image-728x90px

Türkiyə hökuməti iyulun 17-də başa çatacaq Qara dəniz taxıl müqaviləsini uzatmağa ümid edir.

Bu barədə vitse-prezident Cevdet Yılmaz A haber telekanalına deyib.

O, Türkiyənin müqavilənin yeni müddətə uzadılması üzərində işləməyə davam etdiyini vurğulayıb. Ölkə hakimiyyəti Rusiya prezidenti Vladimir Putinin Türkiyəyə səfərinin “müsbət nəticələr verəcəyini” gözləyir.

Bu arada Ukrayna hökuməti taxıl müqaviləsinin uzadılmayacağını istisna etməyib və müqavilənin uzadılmaması halında məhsulların ixracı variantlarını nəzərdən keçirdiklərini bildirib.

Öz növbəsində Rusiya lideri taxıl sövdələşməsinin Rusiya qarşısında öhdəlikləri yerinə yetirilənə qədər dayandırılmasına icazə verib.

Mənbə: A haber

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki