image-n1karobka_ads
image-123
image-ria_2707579-pic_32ratio_900x600-900x600-28848backend

Türkiyə və Rusiya qaz qovşağının yaradılması üzrə işləri gücləndirirlər

Yaxın vaxtlarda Rusiyanın Türkiyədə təklif etdiyi qaz qovşağı layihəsi üzərində işlər intensivləşdiriləcək.

Bu barədə RİA Novosti Türkiyə paytaxtındakı diplomatik mənbəyə istinadən məlumat yayıb.

Qurumun həmsöhbətinin sözlərinə görə, artıq işlərin intensivləşdirilməsi üçün aidiyyəti qurumlara tapşırıqlar verilib. Rusiya və Türkiyə prezidentləri Vladimir Putin və Rəcəb Tayyib Ərdoğanın yaradılması barədə göstəriş verdiyi işçi qruplarının danışıqları yaxın vaxtlarda başlayacaq. Və yaxın vaxtlarda konkret tədbirlər görüləcək.

Qeyd edək ki, bir müddət əvvəl Rusiya prezidenti Vladimir Putin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla danışıqlardan sonra mətbuat konfransı zamanı bildirib ki, Rusiya qazı, o cümlədən Türkiyəyə tədarük etməyə davam edəcək və onu tranzit olaraq bu ölkə vasitəsilə başqa dövlətlərə çatdırmağa hazırdır.

Mənbə: RİA Novosti

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki