image-ads_n1karobka_mobile
Türkiyədə karantin rejimi sərtləşdirildibackend

Türkiyədə karantin rejimi sərtləşdirildi

Türkiyədə koronavirusa yoluxma hallarının artmasına görə karantin rejimi sərtləşdirilib.

“Doğru.az” Axşam.az-a istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasında deyib.

O bildirib ki, həftəiçi hər gün saat 21:00-dan 05:00-a qədər küçəyə çıxmaq qadağan olunub. Həftəsonu bu məhdudiyyət cümə axşamı saat 21:00-dan bazar ertəsi saat 05:00-a qədər davam edəcək.

Ticarət mərkəzlərinə koronovirus testindən keçmiş şəxslər buraxılacaq. Evlərdə isə xüsusi tədbirlərin keçirilməsi qadağası qüvvədə qalır. Evdən çıxmaq üçün xüsusi icazəsi olmadığı halda 65 yaşdan yuxarı, 20 və bundan aşağı yaşda olan şəxslər ictimai nəqliyyatdan istifadə edə bilməyəcəklər.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki