image-2000x150px
image-123
image-ads_atlas
image-trend_gunduz_nezerzade_defn_160223_8backend

Türkiyədəki zəlzələdə həlak olan Gündüz Nəzərzadə dəfn olundu – YENİLƏNİB + FOTO/VİDEO

image-728x90px

Türkiyədə zəlzələ qurbanı olan azərbaycanlı tələbə Gündüz Nəzərzadə ilə vida mərasimi başa çatıb.

Vida mərasimindən sonra G.Nəzərzadə Sumqayıt qəbiristanlığında torpağa tapşırılıb.

Dəfn mərasimində mərhumun ailə üzvləri, yaxın qohumları, ictimaiyyət nümayəndələri iştirak ediblər.

11:12

Türkiyədə baş vermiş zəlzələdə həlak olan azərbaycanlı tələbə Gündüz Nəzərzadə ilə vida mərasimi keçirilir.

Sumqayıtda keçirilən vida mərasimində mərhumun ailə üzvləri, yaxın qohumları, ictimaiyyət nümayəndələri, şəhər sakinləri, Sumqayıt Şəhər İcra Hakimiyyətinin rəhbərliyi iştirak edirlər.

Xatırladaq ki, fevralın 6-da ocağı Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonu olan 7,7 maqnitudalı və 9 saat sonra episentri eyni şəhərin Elbistan rayonu olan 7,6 maqnitudalı iki zəlzələ olub. Güclü yeraltı təkanlardan sonra bölgədə 6,6 maqnitudayadək yüzlərlə afterşok qeydə alınıb. Təbii fəlakət Türkiyə və Suriyada böyük dağıntı və minlərlə itkiyə səbəb olub.

İki zəlzələ nəticəsində 35 418 nəfər ölüb, 105 505 nəfər yaralanıb, hazırda 13 208 yaralının müalicəsi xəstəxanalarda davam etdirir.

Malatya şəhərindəki İnönü Universitetinin tələbələri – Samir Quliyev, Şahin Vəliyev, Hümam İsmayıllı və Gündüz Nəzərzadənin meyitləri uzunmüddətli axtarışdan sonra fevralın 14-də tapılıb.

DOĞRU.AZ

image-trend_gunduz_nezerzade_defn_160223_4 image-trend_gunduz_nezerzade_defn_160223_5image-trend_gunduz_nezerzade_defn_160223_2image-trend_gunduz_nezerzade_defn_160223_8 image-trend_gunduz_nezerzade_defn_160223_13
image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki