image-2000x150px
image-123
image-ads_atlas
image-depositphotos_152540700_l-2015-pic905-895x505-69162backend

Türkiyənin 2024-cü il üçün yeni büdcəsi 100 milyard dollarlıq kəsirlə hesablana bilər

image-728x90px

“Sözcü” qəzeti yazır ki, Türkiyənin 2024-cü il büdcəsi 100 milyard dollarlıq kəsirlə hesablana bilər.

Nəşr qeyd edib ki, qanunvericilər yay boyu prezident seçkilərindən sonra büdcəni müzakirə edəcəklər. Onların qarşısında çətin vəzifə durur – həm indiki hakimiyyətin bəziləri həyata keçirilməyə başlayan bütün seçkiqabağı vədlərini, həm də yeni xərcləri nəzərə almaq. Bu səbəbdən gələn ilin büdcə kəsiri 100 milyard dollar ola bilər.

Nəşrin məlumatına görə, bu, zəlzələlərdən sonra ərazilərin bərpası üçün vəsaitin ayrılması zərurəti ilə əlaqədar baş verəcək. Müxtəlif hesablamalara görə, bunun üçün 35-100 milyard dollar tələb olunacaq.Bundan başqa, hakimiyyətin dövlət qulluqçularının maaşlarının artırılması vədləri və yaxın 12 ayda əhaliyə qaz istehlakı xərclərinin bir hissəsinin subsidiyalaşdırılması vədi də özünü doğrultmur və büdcəyə müəyyən yük düşür.

Mənbə: AA

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki