Türkiyənin şimal-qərbində, Balıkesir şəhəri yaxınlığında pilotsuz uçuş aparatı (PUA) qəzaya uğrayıb.
Doğru.az xəbər verir ki, bu barədə “Haberturk” məlumat yayıb.
Nəşrin məlumatına görə, PUA ərazidə çalışan fermerlər tərəfindən aşkar edilib və dərhal daxili təhlükəsizlik qüvvələrinə məlumat verilib. Hadisə yerinə gələn xüsusi xidmət orqanları cihazı yoxlayaraq zəruri təhlükəsizlik tədbirləri görüblər.
Hazırda pilotsuz uçuş aparatının mənşəyi məlum deyil. PUA ətraflı texniki ekspertiza üçün Ankaraya göndərilib. Faktla bağlı araşdırma aparılır.
DOĞRU.AZ




























