image-n1karobka_ads
image-123
image-68dfc99fae5ac9423a4f45a9backend

Türkiyənin energetika naziri: “Rusiya nefti ilə bağlı qərarı şirkətlər özləri verir”

image-ad_qayo_720x110px

Türkiyənin energetika naziri Alparslan Bayraktar ABŞ-ın Ankaraya Rusiya neftindən imtina etməklə bağlı çağırışlarına münasibət bildirib.

Doğru.az xəbər verir ki, o, CNN Türk-ə açıqlamasında bu məsələnin dövlət deyil, şirkətlərin qərarı olduğunu deyib.

“İndiyədək özəl sektor bu məsələ ilə bağlı öz qərarlarını verib, çünki bunlar kommersiya qərarlarıdır”, – Bayraktar bildirib. Onun sözlərinə görə, hakimiyyət heç vaxt biznesə haradan və nə almağı diktə etməyib.

Nazir əlavə edib ki, türk şirkətləri təchizatçılarını və fəaliyyət istiqamətlərini kommersiya mülahizələrinə əsaslanaraq müəyyənləşdirirlər.

Xatırladaq ki, Bayraktar daha əvvəl də Türkiyənin Rusiya qazından imtina etmək niyyətində olmadığını bəyan etmişdi.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki