image-2000x150px
image-123
image-ads_atlas
image-25-pic905-895x505-25195backend

Türkiyənin Energetika Nazirliyi “Qazprom”la qaza görə ödənişlərin bir hissəsinin təxirə salınması barədə razılığa gəldiyini açıqlayıb

image-728x90px

Türkiyənin Energetika və Təbii Sərvətlər Nazirliyinin rəhbəri Fatih Dönməz bildirib ki, Ankara qazın qiymətində kəskin artımdan sonra ödənişlərin bir hissəsinin təxirə salınmasını Qazprom ilə müzakirə edib, razılıq əldə olunub.

Bu barədə Anadolu Ajansı məlumat yayıb.

Onun sözlərinə görə, 2022-ci ildə qazın qiymətində kəskin artımdan sonra Türkiyə ödənişlərin bir hissəsinin təxirə salınması ilə bağlı “Qazprom”la danışıqlar aparıb, razılıq əldə olunub, müvafiq müzakirələr aparılıb.

Dönməz qeyd edib ki, vəziyyət tamamilə Türkiyə tərəfinin Maliyyə Nazirliyi və Xəzinədarlığın koordinasiyası ilə götürdüyü ödəniş dövrü ilə bağlıdır.

“Bunlar ticarət münasibətlərində baş verə biləcək və əvvəllər də baş vermiş hadisələrdir” deyə Dönməz bildirib.

Doğru.az

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki