image-2000x150px
image-123
image-ads_atlas
image-33611d0b-adea-3b27-8c75-33f74632d0d2_850backend

UEFA Çempionlar Liqasında davranışına görə PSJ-yə qarşı iş açıb

image-728x90px

Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) azarkeşlərin davranışına görə Fransanın “Paris Sen-Jermen” klubuna qarşı intizam işi açıb.

Bu barədə “LEquipe” nəşri məlumat yayıb.

Noyabrın 2-də PSJ Çempionlar Liqasının qrup mərhələsinin son turu çərçivəsində Turin “Yuventus”u ilə səfərdə (2:1) qarşılaşıb. Qarşılaşma zamanı Fransa komandasının azarkeşləri onlarla tüstü bombası yandırıb və meydançaya müxtəlif əşyalar atıblar.

İşə noyabrın sonunda UEFA İntizam Komitəsində baxılacaq və orada parisli fanatların pirotexniki vasitələrdən istifadə etdiyi və təxribat xarakterli təhqiramiz şüarlardan istifadə etdiyi Çempionlar Liqasının PSJ – “Makkabi” matçının (7:2) nəticələrinə də yekun vurulacaq.

Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının nəticələrinə görə PSJ 14 xal toplayaraq dördlüyün turnir cədvəlində ikinci yeri tutub.

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki