image-ads_n1karobka_mobile
UEFA Ukrayna millisinə texniki məğlubiyyət verdi.backend

UEFA Ukrayna millisinə texniki məğlubiyyət verdi.

UEFA Millətlər Liqasının qrup mərhələsinin VI turunun koronavirus səbəbindən ləğv olunmuş İsveçrə – Ukrayna oyunu ilə bağlı qərarını açıqlayıb.

“Doğru.az” qurumun rəsmi saytına istinadən xəbər verir ki, qonaq komandaya texniki məğlubiyyət verilib.

Nəticədə 4-cü qrupda sonuncu pilləni tutan Andrey Şevçenkonun başçılıq etdiyi kollektiv A Liqasını tərk edib.

Qeyd edək ki, oyun qonaqların 6 futbolçusunun koronavirusa yoluxması üzündən baş tutmayıb. İsveçrə Səhiyyə Nazirliyinin qərarı ilə komanda tam heyətdə karantinə alınıb. Ukrayna millisi meydana çıxmağa hazır olsa da, səhiyyə orqanları buna icazə verməyib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki