“Ukrayna dünyada ən böyük tütün və siqaret istehsalçıları olan Amerikanın “Philip Morris International” və Yaponiyanın “Japan Tobacco International” şirkətlərini “müharibənin beynəlxalq sponsorları” siyahısına daxil edib.
Bu barədə Ukraynanın Korrupsiyaya Qarşı Mübarizə üzrə Milli Agentliyinin (NAPC) Telegram kanalında məlumat verilib.
Bu qərar, NAPC-də izah edildiyi kimi, bu şirkətlərin Ukraynada hərbi əməliyyatlar başlayandan sonra Rusiyada işləməyə davam etməsi və büdcəsini doldurması ilə əlaqədar qəbul edilib.
Onlar həmçinin əlavə ediblər ki, hər iki şirkətin nümayəndələri biznesi bağlamaq, yeni investisiyalar və marketinq fəaliyyətlərini dayandırmaq planlarını açıqlamalarına baxmayaraq, hələ də öz məhsullarını Rusiyada istehsal və yaymaqda davam edirlər.”
Mənbə: Bloomberg