image-ads_n1karobka_mobile
image-688743a102e8bd3eaa6bcb46backend

Ukrayna Azərbaycandan qaz idxalına başlayır

image-add-a-heading

Ukraynanın “Naftoqaz” şirkəti Azərbaycandan qaz idxalına dair ilk sazişi imzalayıb.

Doğru.az xəbər verir ki, bu barədə məlumat şirkətin rəsmi Telegram kanalında yayılıb. Bildirilir ki, müqavilə SOCAR qrupuna daxil olan bir şirkətlə bağlanıb və qaz Trans-Balkan dəhlizi vasitəsilə Ukraynaya nəql olunacaq.

“Bu, uzunmüddətli əməkdaşlığa yol açan kiçik, lakin strateji əhəmiyyətli addımdır”, – deyə “Naftoqaz”ın baş direktoru Serhiy Koretski bildirib.

Qeyd edək ki, bu ilin aprel ayında Ukrayna yeraltı qaz anbarlarına qaz yığmağa başlamışdı.

DOĞRU.AZ


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki