Ukrayna Azərbaycandan qaz idxalı qurmağı gözləyir.
Doğru.az xəbər verir ki, bu barədə Ukraynanın rəsmi şəxsi sosial şəbəkədə bildirib:
“Biz Azərbaycan Respublikasının energetika naziri Pərviz Şahbazovla hökumətlərarası komissiyanın iclasının protokolunu və yol xəritəsini imzaladıq”, – Qaluşenko qeyd edib.
Onun sözlərinə görə, danışıqlar zamanı Azərbaycan qazının Ukraynaya nəqli imkanları müzakirə olunub. Kiyev beynəlxalq anbar üçün yeraltı qaz anbarlarından istifadə etməyi təklif edib.
Qeyd edək ki, bundan əvvəl Ali Radanın deputatı Dmitri Razumkov Ukraynanın korrupsiya sxemləri səbəbindən qışda qazsız qala biləcəyini bəyan etmişdi.
DOĞRU.AZ