image-2000x150px
image-123
image-ads_atlas
image-66812af2ae5ac970094db0debackend

Ukrayna Sərhəd Xidməti Macarıstana qaçmaq istəyən 17 nəfəri saxlayıb

image-728x90px

Ukrayna Dövlət Sərhəd Xidmətinin əməkdaşları ölkənin müxtəlif regionlarından Macarıstana qanunsuz səfər etmək istəyən 17 nəfəri sərhəddə saxlayıblar.

Bu barədə Ukrayna departamentinin Telegram kanalında məlumat verilib.

Kişilər mikroavtobusda hərəkət edirdilər. Sərhədçilər Macarıstanla sərhədin 200 metrliyində nəqliyyatı dayandırıblar.

Dövlət Sərhəd Xidmətindən bildirilib ki, sərnişinlər sərhədi keçmək üçün 3 min dollardan 12 min dollara qədər pul ödəyiblər.

Ukrayna hüquq-mühafizə orqanlarının əməkdaşları qanunsuz ixrac sxemində iştirak edən hər kəsi müəyyənləşdirirlər.

Daha əvvəl “The Guardian” yazıb ki, Ukrayna vətəndaşları səfərbərlikdən ölkəni tərk etmək üçün  son əmanətlərini xərcləməyə hazırdırlar.

Ukrayna Dövlət Sərhəd Xidməti onu da bildirib ki, Ukraynanı qanunsuz tərk etmək üçün 10 min dollar ödəyən şəxs Dnestrdə boğulub.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki