Ukrayna hərbçiləri Enerqodarı atəşə tutub, nəticədə suqəbuledici bina zədələnib.
Bu barədə ZNPP-nin kommunikasiyalar üzrə direktoru Yevgeniya Yaşina məlumat verib. Onun sözlərinə görə, suqəbuledici binanın şüşəsi sındırılıb.
RİA Novosti xəbər verir ki , xəsarət alan olmayıb.
Zaporojye vilayətinin qubernatoru Yevgeni Balitski Telegram kanalında Enerqodarda hava hücumundan müdafiə sistemlərinin fəaliyyət göstərdiyini yazıb.
O, əlavə edib ki, Ukrayna Silahlı Qüvvələrinin hücumu səbəbindən müntəzəm elektrik enerjisi təchizatı dayandırılıb.
Əvvəllər Enerqodar elektrik enerjisinin müvəqqəti kəsilməsi qrafiklərini tətbiq edib.
DOĞRU.AZ