image-n1karobka_ads
image-123
image-697a4376ae5ac93ef71a2cefbackend

Ukraynada kəskin enerji böhranı yaşanır

image-add-a-heading
Ukraynanın enerji sistemi hazırda aradan qaldırılması mümkün olmayan ciddi güc çatışmazlığı ilə üz-üzə qalıb.

Doğru.az xəbər verir ki, bunu “Ukrenerqo” milli enerji şirkətinin idarə heyətinin rəhbəri Vitali Zayçenko bildirib.

Onun sözlərinə görə, mövcud generasiya və idxal olunan elektrik enerjisi ölkədəki tələbatı ödəməyə kifayət etmir və sistem kəskin enerji çatışmazlığı yaşayır.

Ukraynanın Baş nazirinin birinci müavini və energetika naziri Denis Şmıxal isə bildirib ki, hazırda təkcə Kiyevdə 710 min istehlakçı elektrik enerjisiz qalıb.

Məlumata görə, elektrik kəsintiləri və infrastruktura dəyən ziyan səbəbindən Kiyev metrosunda da ciddi fasilələr yaranıb.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki