image-2000x150px
image-123
image-ads_atlas
image-fotojet-2022-12-01t205121-969backend

 Universitetdən kütləvi dava ilə bağlı açıqlama: “Anlaşılmazlıq olub”

image-728x90px

Sosial şəbəkələrdə Gəncə şəhərində tələbələr arasında kütləvi davanın baş verməsini əks etdirən görüntülər yayılıb. Bildirilib ki, Gəncə Dövlət Universitetinin və Azərbaycan Dövlət Aqrar Universitetinin tələbələri arasında keçirilmiş futzal oyununda yaranmış mübahisə kütləvi davaya çevrilib.

Hadisə ilə bağlı Modern.az-a açıqlama verən Aqrar Universitetin mətbuat xidmətinin rəhbəri Elcan Məmmədov sözügedən görüntülərin ötən ay lentə alındığını deyib.

“Hadisə noyabrın 18-də baş verib. Gəncə Olimpiya İdman Kompleksində tələbələr arasında keçirilmiş futzal oyununda kiçik anlaşılmazlıq olub. Videoya diqqətlə baxsaq, görərik ki, ciddi dava yoxdur. Tələbələrdən biri digərini itələyib, qıcıq doğuran hadisədən dolayı anlaşılmazlıq olub”, – universitet nümayəndəsi vurğulayıb.

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki