image-ads_n1karobka_mobile
image-69e9844cae5ac93071706683backend

Ürəyi 40 saat dayanan xəstə sağ qaldı

Çində nadir tibbi hadisə baş verib.

Doğru.az xəbər verir ki, Zhejiang Universitetinin İkinci Xəstəxanası həkimləri ürəyi 40 saatdan çox dayanan 40 yaşlı kişini xilas etməyə nail olublar.

Sohu portalının məlumatına görə, kişi sinə sıxılması və nəfəs darlığı şikayəti ilə xəstəxanaya müraciət etdikdən sonra müayinə zamanı ürək və tənəffüs dayanması keçirib. Ona davamlı mədəcik fibrillyasiyası diaqnozu qoyulub.

Həkimlərin təxminən 10 dəfə defibrilasiya cəhdi nəticə verməyib və xəstənin həyatı yalnız ECMO cihazı vasitəsilə saxlanılıb. Kardioloqlar ürəkdaxili balon nasosu da yerləşdirərək qan dövranını dəstəkləyiblər. Həkim Lu Xiao bildirib ki, 40 saatdan sonra ürəyin fəaliyyəti tədricən bərpa olunub.

ECMO cihazı 10 gün sonra çıxarılıb, təxminən 20 gün sonra isə xəstə tam ayılaraq ciddi ağırlaşma olmadan evə buraxılıb.

Qeyd edək ki, ötən payız çinli oftalmoloqlar 4200 km məsafədə yerləşən xəstəyə robot vasitəsilə dünyada ilk subretinal inyeksiyanı da həyata keçiriblər.

DOĞRU.AZ


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki