image-2000x150px
image-123
image-ads_atlas
image-fotojet-1backend

Üzərində tapança gəzdirən keçmiş məhkum tutuldu – FOTO/VİDEO

image-728x90px

Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı üzərində qanunsuz odlu silah-sursat gəzdirən keçmiş məhkum tutularaq istintaqa təhvil verilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, əldə edilmiş məlumat əsasında keçirilən əməliyyat zamanı əvvəllər də məhkum olunmuş rayon sakini Ağa Məmmədov saxlanılıb.

Üzərinə keçirilən baxış zamanı ondan “Naqan” markalı tapança və həmin silaha məxsus 5 ədəd patron aşkar edilərək götürülüb. Ağa Məmmədov ifadəsində silah-sursatı bir müddət əvvəl tapdığını və üzərində daşıdığını bildirib.

Faktla bağlı cinayət işi başlanılıb, zəruri istintaq hərəkətləri davam etdirilir.

 

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki