image-2000x150px
image-123
image-ads_atlas
image-karbackend

Vasif Talıbovun qardaşının şirkətində YOXLAMALAR

image-728x90px

Naxçıvanda “Sürət Kargo” MMC-nin ofisində yoxlamalar başlayıb.

Yoxlamalar şirkətin Naxçıvan şəhəri Təbriz küçəsi, 1 ünvanındakı mərkəzi ofisində və anbarlarında aparılır.

Məlumata görə, sözügedən şirkət həm ölkədaxili, həm də beynəlxalq poçt bağlamalarının daşınmasını həyata keçirir. “Sürət Kargo” MMC Azərbaycan Respublikasında və Türkiyədə qeydiyyatdan keçmiş və hər iki ölkədə özünə məxsus ofislərində fəaliyyət göstərir.

Şirkət Naxçıvan Ali Məclisinin keçmiş sədri Vasif Talıbovun qardaşı Məhərrəm Talıbova məxsusdur və bölgədə bu sahədə inhisarçı kimi tanınır.

“Sürət Kargo” MMC-nin Ordubaddakı və Bakıdakı ofislərində də yoxlamalar başlayıb.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki