Venesuela ilə Türkiyə arasında investisiyaların təşviqi və qarşılıqlı qorunması haqqında saziş imzalanıb.
Bu barədə Venesuelanın xarici işlər naziri İvan Gil Türkiyəyə səfərindən sonra Twitter səhifəsində məlumat verib.
“Türkiyənin xarici işlər naziri Hakan Fidan ilə birlikdə iki ölkə arasında ticarəti 3 milyard dollara çatdırmaq üçün investisiyaların təşviqi və qarşılıqlı qorunması haqqında saziş imzaladıq”, – Gil bildirib.
Onun sözlərinə görə, Türkiyənin ölkənin qida və nəqliyyat sektorlarına yatırdığı investisiyalar böyük əhəmiyyət kəsb edir. Bundan əlavə, enerji, turizm və mədəniyyət sahələrində əməkdaşlıq haqqında da danışıqlar aparılıb.
Venesuela ilə Türkiyə arasında siyasi və iqtisadi əlaqələr Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanın 2018-ci ildə Cənubi Amerika ölkəsinə səfərindən sonra inkişaf etməyə başlayıb.
Mənbə: Sözcü