image-n1karobka_ads
image-123
image-694a5669ae5ac97d2f20bbe0backend

Venesuelada neft yükləməsi kəskin yavaşlayıb

image-ad_qayo_720x110px

Venesuelada neft yükləmə prosesi ABŞ Hərbi Dəniz Qüvvələri tərəfindən gəmilərin ələ keçirilməsindən sonra tankerlərin marşrutlarını kütləvi şəkildə dəyişməsi səbəbindən əhəmiyyətli dərəcədə yavaşlayıb.

Doğru.az xəbər verir ki, bu barədə Reuters agentliyi məlumat yayıb. Bildirilib ki, ən azı dörd iri tanker açıq dənizdə Venesuela limanlarına yan almaqdan imtina edərək geri dönüb.

Məqalə müəlliflərinin fikrincə, yaranmış vəziyyət Venesuelanın dövlətə məxsus neft və qaz şirkəti Petróleos de Venezuela üçün ciddi risklər yaradır. Gəmi sahibləri Vaşinqtonun mümkün ikinci dərəcəli sanksiyalarından ehtiyat edir ki, bu da gəmiçilik cədvəllərində pozuntulara və ixrac terminallarında dayanmalara səbəb ola bilər.

Qeyd olunub ki, dekabrın 22-də ABŞ-ın Venesuelaya qarşı hərbi-dəniz blokadası fonunda neft qiymətlərində artım müşahidə edilib.

Xatırladaq ki, ABŞ prezidenti Donald Tramp bir müddət əvvəl ABŞ-ın Venesuela sahillərində ələ keçirilən nefti saxlayacağını bəyan etmişdi.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki