“Qalatasaray”ın nigeriyalı ulduzu Viktor Osimhen mövsüm sonunda Premyer Liqaya yollana bilər.
Offsideplus.az xəbər verir ki, İngiltərənin “Arsenal” klubu yay transfer pəncərəsi üçün hədəflərini müəyyənləşdirib. London təmsilçisi “Qalatasaray”ın ulduz hücumçusu Viktor Osimheni heyətinə qatmaq üçün ciddi addımlar atmağa başlayıb.
“Arsenal”ın idman direktoru Andrea Berta Türkiyə Superliqasının 31-ci turunda baş tutan “Qalatasaray” – “Fənərbağça” derbisini (3:0) “RAMS Park” stadionundan canlı izləyib.
Bertanın bu səfərinin əsas məqsədi nigeriyalı forvardın çıxışını yerindəcə təhlil etmək olub.
Andrea Berta derbi zamanı “Qalatasaray” rəhbərliyi, o cümlədən prezident Dursun Özbək ilə ilkin təmaslar qurub. “Topçular”ın idman direktoru Osimhenin transfer şərtləri və klubun oyunçu ilə bağlı gələcək planları barədə məlumat alıb.
Osimhenin performansı: Ulduz futbolçu həmin derbidə qol vuraraq “Arsenal” rəsmisinin diqqətini bir daha özünə çəkməyi bacarıb.
Maliyyə detalları: Transferin reallaşması üçün London klubunun 100 milyon funt-sterlinq civarında bir məbləği gözdən çıxarmalı olacağı bildirilir.
DOĞRU.AZ

























