image-2000x150px
image-123
image-ads_atlas
image-6540b4b6eaa426540b4b6eaa431698739382c6708dc92b7b341f92b759e38bbd4373backend

Vilyam Hacıyev Ali Məhkəməyə şikayətini geri götürüb

image-728x90px

İmişlinin həbsdə olan sabiq icra başçısı Vilyam Hacıyev kassasiya şikayətini geri götürüb.

APA xəbər verir ki, bu gün Ali Məhkəmədə hakim Şahin Yusifovun sədrliyi ilə kassasiya şikayəti üzrə məhkəmə prosesi keçirilməli idi. Ancaq təqsirləndirilən şəxs Vilyam Hacıyevin kassasiya şikayətini geri götürdüyü məlum olub.

Qeyd edək ki, Bundan əvvəl V.Hacıyevin ailə üzvləri müsadirə edilmiş əmlaklarla bağlı Ali Məhkəməyə müraciət edib. Məhkəmə müsadirə qərarını qanunauyğun hesab edərək qüvvədə saxlayıb.

Xatırladaq ki, Vilyam Hacıyev Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həbs edilib. O, vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, mənimsəmə, rüşvət alma və vəzifə saxtakarlığında təqsirli bilinərək 12 il müddətinə azadlıqdan məhrum edilib.

Hökmə əsasən, onun yaxınlarının adına rəsmiləşdirilmiş beş milyon manat dəyərində əmlak da müsadirə edilib.

Bakı Apellyasiya Məhkəməsi hökmü dəyişdirilmədən qüvvədə saxlayıb.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki