Fransız aktyor və prodüser Vinsent Kassel sevgilisi, braziliyalı model Nara Baptista ilə çıxıb. Cütlüyün fotoları Vogue saytında dərc olunub.
57 yaşlı Vinsent Kassel və 27 yaşlı Nara Baptista mayın 21-də Kann Film Festivalında baş tutan “Partenopa” filminin premyerasına qatılıblar. Aktyor ictimaiyyətə çıxmaq üçün tünd göy köynək, şalvar kostyumu, qara ayaqqabı və eynək seçib. Model paretlərlə bəzədilmiş qara maksi libasda fotoqraflara poza verib. Nara Baptista görünüşünü brilyant sırğalar, boyunbağı və dabanlı sandaletlərlə tamamlayıb.
Aktyorla modelin romantikası ilə bağlı söz-söhbətlər ötən ilin oktyabrında ulduzların bir yerdə görüntüləndiyi vaxt ortaya çıxıb. Aşiqlər Rio-de-Janeyroda çimərlikdə istirahət edirdilər. Yanvar ayında Vincent Cassel və Nara Baptista ilk dəfə birlikdə göründülər. Onlar Paris Moda Həftəsində Ami brendinin yeni kişi kolleksiyasının nümayişinə qatılıblar.
Mənbə: haberler.com