Hal-hazırda demək olar ki, hər kəs VPN istifadə edir. Əksəriyyəti də pulsuzdur. Bəs VPN təhlükəlidirmi?
Dogru.az techland.az-a istinadən bildirir ki, VPN’lərin serverləri özəl olduğundan məlumatlar oğurlana bilər.
HANSI MƏLUMATLAR?
1. Bank Kartı – VPN’dən istifadə edərək hər hansı ödəniş etdiyiniz zaman yazdığınız kart məlumatları rahatlıqla ələ keçirilə bilər.
2. Şəkil və Video – Siz servisi yüklədikdən sonra sizdən media resurslara da icazə istənilir və hər biri izlənilərək hətta format da oluna bilir.
3. Zənglər – VPN xidmətləri həm sizin, həm də danışdığınız hər bir insanın nömrəsini rahatlıqla əldə edir.
4. Məkan – Tətbiq şəbəkə və GPS məlumatlarını istifadə edərək sizin yerinizi təyin edir.
5. Kamera – VPN hətta cihazınızdakı kameradan istifadə edə, şəkil və video çəkə biləcəyi ehtimal olunur.

























