image-n1karobka_ads
image-123
image-17665861473736638824_1200x630backend

Vüqar Oruc: Prezident İlham Əliyevin qayğısı qiymətləndirməni müstəqil instituta çevirib

image-ad_qayo_720x110px

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri, Türk Dövlətləri Qiymətləndiricilər Birlikləri Şurasının prezidenti Vüqar Oruc bildirib ki, qiymətləndirmə fəaliyyəti Prezident İlham Əliyevin rəhbərliyi və qayğısı sayəsində müstəqil və strateji iqtisadi instituta çevrilib.

Doğru.az xəbər verir ki, o, bu fikirlərini AZƏRTAC-a açıqlamasında səsləndirib.

V.Oruc qeyd edib ki, əvvəllər qiymətləndirmə sahəsində vahid hüquqi çərçivənin olmaması, fərqli qiymətlərin formalaşması və bazar iştirakçıları arasında etimad problemləri mövcud idi. 2023-cü il dekabrın 8-də qəbul olunan “Qiymətləndirmə fəaliyyəti haqqında” Qanun qiymətləndirməni müstəqil institut kimi tanıyaraq, hüquqi əsaslarını və peşəkar standartlarını müəyyən edib.

Qanun həm daşınmaz, həm daşınar əmlak, biznes və qeyri-maddi aktivlər, həm də debitor və kreditor borclarının qiymətləndirilməsini hüquqi çərçivəyə salmaqla iqtisadi qərarların ayrılmaz hissəsinə çevirib. Notariat əməliyyatlarında əmlakın dəyəri artıq yalnız peşəkar qiymətləndirici tərəfindən müəyyən olunur.

V.Oruc həmçinin bildirib ki, Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti (AQC) və Azərbaycan Qiymətləndiricilər Palatası sahədə institusional inkişafı təmin edir, peşəkar standartları və etik qaydaları müəyyən edir, beynəlxalq təcrübəni tətbiq edir və qiymətləndirici reyestrini aparır.

“Prezident İlham Əliyevin strateji baxışı və bu sahəyə göstərdiyi diqqət nəticəsində qiymətləndirmə fəaliyyəti artıq təsadüfi yanaşmalardan çıxaraq hüquqi, institusional və peşəkar əsaslara söykənən müstəqil iqtisadi instituta çevrilib”, – deyə V.Oruc vurğulayıb.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki