image-n1karobka_ads
image-123
image-w_161720447196192552822_1200x630backend

Xaçmazın fındıq bağlarında bol məhsul var – FOTO

Xaçmazlı təsərrüfatçılar fındıq bağlarında ötən illə müqayisədə məhsulun 30-40 faiz daha çox olduğunu bildirirlər.

Doğru.az Nurlan Əhmədov”un dediyinə görə, xaçmazlı təsərrüfatçılar fındıq bağlarında məhsul yığımına iyulun son günlərində başlayacaqlar. Rayonda fındıq yığımı sentyabradək davam edir. Məhsulun bol olması bağ sahiblərinin bu il daha çox gəlir əldə edəcəyini deməyə əsas verir.

Ötən il rayondakı bağlardan 8 min 462 ton məhsul əldə olunub.

“Fındıq yığımı çətin prosesdir. Çünki ağacdan əllə toplanır. Yığımı gecikdirdikdə isə məhsul ağacın dibinə tökülür. Toplamaq daha da çətinləşir. Bu il məhsul boldur. Ağaclar ötən illə müqayisədə yaxşı bar gətirib. Biz məhsulu adətən yerli bazarda satırıq, ya da rayondakı qəbul məntəqələrinə təhvil veririk”, – deyə təsərrüfatçı Mübariz Bəşirov söyləyib.

Fındıqçılıq Xaçmaz rayonunda kənd təsərrüfatının ənənəvi və ixrac potensialı yüksək olan sahələrindən sayılır. Kənd əhalisinin əsas qazanc mənbələrindən olan fındıq istehsalı son illər daha da artıb. Bu səbəbdən rayonda 10-dan çox fındıq qəbulu məntəqəsi ilə yanaşı, artıq fındığın emalı və təkrar emalını həyata keçirən fabriklər də fəaliyyətə başlayıb.

Xaçmaz rayonundakı fındıq bağlarının ümumi sahəsi 11 min 730 hektardır. Bu bağların 9 min 953 hektarı barverəndir.

DOĞRU.AZ

image-w_1617204471963650765172_1200x630 image-w_1617204471963025964289_1200x630 image-w_161720447196264342256_1200x630 image-w_16172044719643132339_1200x630 image-w_1617204471963146035071_1200x630

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki