image-2000x150px
image-123
image-ads_atlas
Xalq artisti Yalçın Rzazadə ilə vida mərasimi keçirilibbackend

Xalq artisti Yalçın Rzazadə ilə vida mərasimi keçirilib

image-728x90px

Doğru.az xəbər verir ki, ötən gecə 75 yaşında vəfat edən Azərbaycan Respublikasının Xalq artisti, tanınmış müğənni, Prezidentin fərdi təqaüdçüsü Yalçın İmran oğlu Rzazadə ilə bu gün vida mərasimi keçirilib.

Mərasimdə Xalq artistləri Gülyanaq Məmmədova, Teyyub Aslanov, əməkdar artist Mirnazim Əsədullayev və başqa mədəniyyət nümayəndələri iştirak edib.

Vida tədbiri soyuq təşkil olunmağı ilə diqqət çəkib. Hətta, Mədəniyyət Nazirliyi Xalq artisti ilə vidaya öz nümayəndəsi ilə bir çələng belə göndərməyib.

Daha sonra Y.Rzazadənin nəşi torpağa tapşırılması üçün Lənkərana yola salınıb. Mərhumun oğlu, əvvəlcə atasının dəfn yeri ilə bağlı konkret bir qərar olmadığını, Mədəniyyət Nazirliyindən cavab gözlədiyini desə də, daha sonra məclisə dəvət edilmiş din xadimi Y. Rzazadənin vəsiyyəti əsasında Lənkəranda dəfn ediləcəyini bildirib.

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki