İranın Ali Lideri Ayətullah Əli Xamenei ölkədə baş verən etirazlarla bağlı sərt açıqlama verib.
Doğru.az xəbər verir ki, Xameneinin sözlərini Anadolu agentliyi sitat gətirib.
Xamenei xalqa müraciətində bildirib ki, etiraz aksiyalarında iştirak edənlər ABŞ prezidenti Donald Trampın maraqları naminə hərəkət edirlər. Onun sözlərinə görə, etirazçılar Trampı razı salmaq üçün ictimai asayişi pozur, zibil qutularını yandırırlar.
Ali lider qeyd edib ki, ABŞ prezidenti yalnız şifahi şəkildə İran xalqını dəstəklədiyini bildirir, lakin əslində mülki əhalinin taleyinə biganədir.
Ayətullah Xamenei vurğulayıb ki, xarici qüvvələrlə əməkdaşlığa dözümlə yanaşmaq mümkün deyil və belə şəxslər İran xalqı və dövlət sistemi tərəfindən rədd ediləcək.
Xatırladaq ki, Donald Tramp daha əvvəl İranda etirazçılara qarşı zorakılıq olacağı təqdirdə ABŞ-ın sərt tədbirlər görəcəyini bəyan etmişdi. İranın Ali Milli Təhlükəsizlik Şurası isə kütləvi iğtişaşların təşkilində ABŞ və İsraili ittiham edi.
DOĞRU.AZ




























