image-n1karobka_ads
image-123
image-xankendi-2025backend

Xankəndidə ilk dəfə qəbul imtahanı keçiriləcək

Dövlət İmtahan Mərkəzi (DİM) mayın 25-də II və III, iyunun 1-də isə I və IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanları keçirəcək. Bu il ilk dəfə olaraq Xankəndi şəhərində də qəbul imtahanları təşkil olunacaq.

Doğru.az xəbər verir ki, imtahanlar Qarabağ Universitetində keçiriləcək. Bu tarixi hadisə işğaldan azad edilmiş ərazilərdə ilk dəfə ali məktəblərə qəbul imtahanlarının keçirilməsi ilə əlamətdardır.

İmtahanlarda Xankəndi ilə yanaşı, Xocalı, Ağdərə, Şuşa və Laçın rayonlarında məskunlaşmış abituriyentlər də iştirak edəcəklər. Həmçinin Füzuli, Cəbrayıl və Zəngilanda yerləşən məktəblərin cari il məzunları da Xankəndidə imtahan verəcəklər. Mayın 25-də 51, iyunun 1-də isə 21 abituriyentin iştirakı gözlənilir.

Qeyd edək ki, DİM 2023-cü ildən etibarən işğaldan azad olunmuş ərazilərdə buraxılış imtahanlarına start verib. İndiyədək Zəngilan, Laçın, Füzuli, Ağdərə, Şuşa, Xankəndi, Xocalı və Cəbrayılda bu istiqamətdə uğurlu addımlar atılıb.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki