NATO ölkələri Rusiyaya qarşı hərbi əməliyyatların keçirilməsi üçün ssenarilər hazırlayır, lakin Moskva hər hansı mümkün ssenariləri nəzərə alır, Rusiya XİN rəhbərinin müavini Aleksandr Qruşko bildirib.
İndi NATO üzvləri Rusiya ilə potensial silahlı toqquşmaya hazırlaşdıqlarını gizlətməyi dayandırıblar… Rusiyaya qarşı hərbi əməliyyatların mümkün variantları daim işlənir.
Diplomatın sözlərinə görə, NATO iqtisadiyyatın hərbiləşdirilməsi kursu götürüb və ölkələr Rusiyaya qarşı gərginlik dərəcəsini durmadan artırırlar.
Qruşko qeyd edib ki, Rusiya və NATO fövqəladə hallar üçün “qaynar rabitə xətləri” saxlayır , lakin onlar gərginliyi azaltmaq üçün yollar tapmaq niyyətində deyillər.
Mənbə RİA Novosti