image-2000x150px
image-123
image-ads_atlas
image-8b379fed-fbe4-4430-aa38-291e87750160backend

Xarici media nümayəndələri və turoperatorlara ornitoloji turizm imkanları tanıdılıb

image-728x90px

Azərbaycanın ornitoloji turizm üzrə potensialının nümayiş etdirilməsi məqsədi ilə Azərbaycan Turizm Bürosu tərəfindən 9-14 noyabrda Türkiyə, İsveç, İsveçrə, Finlandiya və Böyük Britaniyadan olan media nümayəndələri və quş müşahidəsi üzrə ixtisaslaşmış turoperatorlar üçün tanıtım səfəri təşkil edilib.

Səfər zamanı “Beşbarmaq dağı” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğunun ərazisində yerləşən quşların Qafqaz dağları ilə Xəzər dənizi arasından keçid yolunu əhatə edən “darboğaz” ziyarət edilib, payız miqrasiyası müşahidə edilib.

Həmçinin Azərbaycanda əsas quş müşahidəsi əraziləri kimi tanınan Şirvan, Qızılağac, Hirkan və Ağgöl Milli Parkları, Mahmudçala və Varvara gölləri, eləcə digər ərazilərə səfər həyata keçirilib, Azərbaycanda olan nadir quş növləri müşahidə edilib.

Proqram çərçivəsində ornitoloji turizmlə birgə Azərbaycanda inkişaf etmiş digər turizm növləri haqda təqdimatlar keçirilib, səfər iştirakçıları Azərbaycanın milli mətbəxi nümunələri, çay və sitrus plantasiyaları, onların yetişdirilmə və istehsalat prosesi ilə yaxından tanış olublar.

Qeyd edək ki, Dövlət Turizm Agentliyinin tabeliyində olan “Beşbarmaq” Dövlət Tarix və Mədəniyyət qoruğu və digər müvafiq ərazilərdə ekoturizmin vacib bir istiqaməti kimi ornitoloji turizm imkanlarının inkişaf etdirilməsi və təşviqi prioritet istiqamətlərdən biri kimi müəyyənləşdirilib.

image-f810335c-64d0-4838-b528-7e1ca62d784a image-fa683fe1-b697-4fee-9450-0b4521448581 image-fb668635-8a33-4cab-8f89-3246a95dd19eimage-b58aba29-4dfe-4625-99c1-1410d4eb60f6 image-bf1031d1-705b-4d15-b216-d4ed2f0150e6image-473a3d53-5490-4e80-9b0b-a4e316eef417

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki