image-2000x150px
image-123
image-ads_atlas
image-1682424073_1682424044041backend

Xəbərdarlıq: Dolu düşəcək, dağlıq ərazilərdə qar yağacaq

image-728x90px

Mayın 25-də günün birinci yarısında, 26-da axşam Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı gözlənilir. Yarımadanın bəzi yerlərində intensivləşəcəyi ehtimalı var.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən Doğru.az-a verilən məlumata görə, mayın 24-ü gündüzdən 27-dək Azərbaycanın rayonlarının bəzi yerlərində havanın arabir yağıntılı olacağı ehtimal edilir. Ayrı-ayrı yerlərdə – Naxçıvan Muxtar Respublikasında, Qarabağ və Şərqi Zəngəzur, Qazax-Gəncə, Balakən-Şəki, Quba-Qusar, Dağlıq Şirvan, Mərkəzi Aran, Lənkəran-Astarada yağıntıların leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı proqnozlaşdırılır.

Mayın 25-dən 26-sı gündüzədək şərq küləyinin sürətinin saniyədə 15-20 metr olacağı, ayrı-ayrı yerlərdə arabir 25-30 metrədək güclənəcəyi gözlənilir.

Çaylarda, o cümlədən Kür, Araz, Qanıx və Qabırrı çaylarında sululuğun artacağı, Böyük və Kiçik Qafqazın, Lənkəran-Astara bölgəsinin ərazisindən axan bəzi çaylardan qısamüddətli daşqın və sel keçəcəyi bildirilir.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki