image-ads_n1karobka_mobile
image-img-20260324-wa0011backend

Xəbərdarlıq edildi – DİQQƏTLİ OLUN

image-add-a-heading

Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) bayramla əlaqədar səfərə çıxan sürücülərə dumanlı, çiskin havalarda sürət həddini minimuma endirməyi tövsiyə edib.

Doğru.az xəbər verir ki, bu barədə idarə məlumat yayıb.

Qeyd edilib ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, dumanlı hava ilə əlaqədar yollarda görünüş məsafəsinin 500-1000 metrədək məhdudlaşacağı gözlənilir.

“Dumanlı hava sürücünün görünüş dairəsini əhəmiyyətli dərəcədə məhdudlaşdırır ki, bu da ağırlıq dərəcəsi yüksək olan yol-nəqliyyat hadisələrinə, o cümlədən zəncirvari toqquşmalara zəmin yaradır. Səfərə çıxan sürücülərdən dumanlı, çiskin havalarda sürət həddini minimuma endirməyi, daha çox ara məsafəsi saxlamağı, xarici işıq cihazlarının sazlığından əmin olmağı, ötmə, manevretmə, dayanma, durma, parklanma zamanı təhlükəsizlik qaydalarına ciddi əməl etməyi xahiş edirik”, – deyə BDYPİ-nin məlumatında bildirilib.

DOĞRU.AZ 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki