image-n1karobka_ads
image-123
image-img-20251215-wa0032backend

Xəzər dənizi üzərindən yeni nəqliyyat körpüsü inşa ediləcək – FOTO

image-ad_qayo_720x110px

Azturk Holding “NeoOrdo” layihəsi çərçivəsində Xəzər dənizi üzərindən yeni nəqliyyat körpüsünün inşasını planlaşdırır.

Doğru.az xəbər verir ki, körpü Bakı ilə Qazaxıstan və Türkmənistan arasında birbaşa əlaqə yaradaraq, İpək Yolu marşrutunun inkişafına mühüm töhfə verəcək. Layihənin istifadəyə verilməsi regional və beynəlxalq ticarət marşrutlarını qısaldacaq, logistika xərclərini azaldacaq və daşımaları sürətləndirəcək.

Körpünün inşası “Azturk Holding”in prezidenti Güləli Bağırovun rəhbərliyi ilə həyata keçiriləcək. İlkin mərhələdə Çin, ərəb ölkələri, ABŞ və Avropanın bir sıra aparıcı şirkətləri ilə əməkdaşlıq memorandumları imzalanıb. Layihə çərçivəsində 2000-dən artıq yeni iş yeri açılacaq, xüsusilə gənclər üçün yüksək texnologiyalar, logistika və rəqəmsal həllər sahəsində məşğulluq imkanları yaradılacaq.

Diqqətçəkən məqamlardan biri də layihənin dövlət büdcəsindən maliyyələşmədən, yalnız “Azturk Holding”in öz vəsaitləri hesabına həyata keçirilməsidir. Körpü İpək Yolunu sürətləndirəcək, Bakı-Qazaxıstan-Türkmənistan xətti regional ticarətin inkişafına və Orta Asiya ilə Avropa arasında əlaqələrin möhkəmlənməsinə şərait yaradacaq.

Layihənin icrasında ekoloji davamlılıq və yaşıl enerji prinsiplərinə əməl olunacaq. Eyni zamanda, Türk dövlətləri arasında iqtisadi inteqrasiyanın gücləndirilməsi, turizmin inkişafı və qeyri-neft sektorunun genişləndirilməsi də layihənin məqsədləri arasındadır.

DOĞRU.AZ

image-img-20251215-wa0033 image-img-20251215-wa0034

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki