image-2000x150px
image-123
image-ads_atlas
image-qubackend

Xəzərdə çəlləklərə bərkidilmiş kisədə narkotik aşkarlandı

image-728x90px

Yanvarın 4-də saat 20:40-da Dövlət Sərhəd Xidmətinin (DSX) Sahil Mühafizəsinin bölmələrinin xidməti-döyüş fəaliyyəti çərçivəsində Xəzər dənizinin cənub istiqamətində dəniz sərhədlərinin mühafizəsini həyata keçirən sərhəd gözətçi gəmisi tərəfindən ərazinin müşahidəsi zamanı plastik çəlləklərə bərkidilmiş bir ədəd şübhəli kisə aşkarlanıb.

Bu barədə DSX-nin Mətbuat Mərkəzi məlumat yayıb.

Aşkar edilən kisəyə baxış zamanı 2 kiloqram 70 qram narkotik vasitə (1 kiloqram 990 qram marixuana və 80 qram həşiş) aşkar olunaraq götürülüb.

Fakt üzrə əməliyyat-istintaq tədbiri davam etdirilir.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki