image-2000x150px
image-123
image-ads_atlas
image-s_91673245677backend

 Xızıda qarın hündürlüyü 25 sm olub

image-728x90px

Şimal bölgəsində şaxtalı, qarlı hava bu gecə də davam edib.

Bölgə üzrə ən çox qar (25 sm) Xızının Altıağac qəsəbəsində yağıb.

Qubanın Xaltan kəndində isə 16,3 dərəcə şaxta qeydə alınıb.

Bölgənin bütün avtomobil yolları buz bağlayıb. Qubadakı 5 saylı yol istismar idarəsinin əməkdaşları səhər erkən saatlarından Quba-Bakı, Quba-Qusar, Quba-Xaçmaz, Quba-Xudat və kənddaxili yollara qum və duz tökülməsini təmin ediblər.

İdarənin mühəndisi Rövşən Babayev qurumun gücləndirilmiş rejimi ilə işlədiyini və buz bağlamış yolların nəqliyyat üçün açıq və maneəsiz olması üçün tədbirlər görüldüyünü deyib.

 

DOĞRU.AZ
image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki